Binəqədi rayonunda planlaşdırma iclası keçirildi
25 aprel 2018-ci il tarixdə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin akt zalında Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdsi Bayramovun, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrləri, xidmət sahələrinin rəhbərləri, Rayon Yaşıllaşdırma sahəsinin rəisi və yaşıllıq sahəsinin ərazi üzrə nümayəndələri, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, MKİS və Xüsusi Təyinatlı MKİS-in rəislərinin iştirakı ilə planlaşdırma iclası keçirilmişdir.İclasda Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi ərəfəsində ümumrayon iməcliyinin keçirilməsinin təşkili və yaz-yay mövsümü ilə əlaqədar rayon təsərrüfatının fasiləsiz, etibarlı işini təşkil etmək, əhalinin kütləvi istirahət yerlərinin, ərazilərdə yaradılmış infrastruktur obyektlərinin qorunub saxlanılması, mövcud park və fəvvarələrin işıqlandırma və küçə işıqlandırılması sistemində olan nasazlıqların aradan qaldırılması, yaşıllıqlara qulluq, sarmaşıq əkininin genişləndirilməsi, yaşıllıqların suvarılması prosesinin təkmilləşdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, magistral yolətrafı ərazidə hasarların və darvazaların təmizlənməsi və rənglənməsi, Binəqədi şosesinin yaşıllıq zolağında yaşıllıqlara və burada yaradılmış infrastruktur obyektlərinə xidmət göstərilməsinin təşkili, həmçinin Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi “Binəqədi rayon təsərrüfatının 2018-ci ilin yaz-yay mövsümünə hazırlığı ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” 84 nömrəli, 16 mart 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi və sair kimi məsələlər müzakirə edilmişdir.Keçirilmiş işgüzar iclasda görüləcək işlərlə bağlı aidiyyəti üzrə xidmət sahə rəhbərlərinin çıxışı dinlənilmiş, müzakirələr aparılmış və müvafiq tədbirlərin görülməsi müəyyənləşdirilmişdir. Əlavə olaraq, muxtəlif ünvanlarda keçiriləcək iməcliklərin ünvanlarının dəqiqləşdirlməsi, zirzəmisi su olan binaların sayının müəyyənləşdirilməsi, fəaliyyətində nasazlıq olan fəvvarələrin sayı və ünvanı, parkların siyahısı və işıqlandırma sistemində nasazlıq olan parklar barədə məlumat, Binəqədi şosesində yaşıllıq zolağına xidmət göstərmə ilə bağlı müqavilənin bağlanması və sair kimi məsələlər müzakirə olunaraq konkretləşdirilmiş plan üzrə işlərin görülməsi ilə əlaqədar müvafiq vəzifələr müəyyənləşdirilmişdir.