Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi

27 aprel 2018 | 11:00

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.
Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Tədbiri açıq elan edən aparıcı, Azərbaycan Respublikasının Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verdi. 
Çıxış edənlər millət vəkilləri  Kamaləddin Qafarov, Azay Quliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışlarında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə xidmət edirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi  ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı həm elmi fəaliyyətində uğurlar qazanmış alim, həm də öz  fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Zərifə xanım kimi insanların Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd etdi.
Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar Artisti Hüsniyyə Mürvətovanın  ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi, Cəfər Cabbarlının “Ana”,  Leyla Əliyevanın “Zaman” şeirləri səsləndirildi.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış oldular.

Keçidlər