Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimat mərasimi keçirildi

11 iyul 2013 | 10:00

10 iyul 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov respublikamızda dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən dövlət proqramlarından bəhs etdi, həmçinin Binəqədi rayonunda gənclərlə bağlı aparılan işlər, planlaşdırılan tədbirlər barədə məlumat verdi.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında məlumat vermək üçün Fondun Strateji araşdırmalar və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyevaya qurumun ölkə Prezidentinin müvafiq Sərəncamı əsasında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı” çərçivəsində yaradıldığını diqqətə çatdıraraq fondun konsepsiyası, vəzifələri, prioritetləri, müraciət oluna biləcək kateqoriyalar və digər zəruri informasiyalarla tədbir iştirakçılarını tanış etdi. Qeyd edildi ki, fond tərəfindən 27 iyun 2013-cü il tarixdə III qrant müsabiqəsi elan olunub. 12 avqust 2013-cü il tarixdə yekunlaşacaq müsabiqənin nəticələri sentyabrın ilk ongünlüyündə məlum olacaqdır. Daha sonra, V. Niftəliyeva iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Daha sonra çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğı Binəqədi rayonunda aydın şəkildə özünü büruzə verdiyi diqqətə çatdırdı. Bildirildi ki, gənclər sahəsi üzrə keçirilən tədbirlərdə əsas məqsəd gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdən ibarətdir.
Təqdimat mərasimindən sonra tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının təmirdən sonrakı vəziyyəti, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının yeni inzibati binası ilə tanış oldular.

Keçidlər