Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya uğurla davam etdirilir

28 aprel 2018 | 11:00

Binəqədi rayon İcra Hakimiyyətinin və “Dünyagöz” Bakı Xəstəxanası Mobil klinikasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya uğurla davam etdirilir. 27-29 aprel tarixlərini əhatə edəcək növbəti aksiya çərçivəsində ödənişsiz göz müayinəsi səyyar xidməti Binəqədi rayonu 8-ci mikrorayon C.Xəndan küçəsi (Enesku parkı) ərazisində fəaliyyət göstərəcək.
Tibbi müayinənin məqsədi bəzən əlamətsiz keçən göz xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması, mövcud görmə çətinliklərinin araşdırılması, əhalinin görmə qabiliyyətinin qorunması və aztəminatlı ailələrə dəstək göstərilməsidir. Eyni zamanda əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinə həyata keçirilməsini təşkil etməkdir.

Keçidlər