Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəbliləri arasında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalının seçim turları keçirildi

26 aprel 2018 | 11:00

25-26 aprel 2018-ci il tarixində 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və  6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Binəqədi rayon məktəbliləri arasında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalının seçim turları keçirilmişdir.
Binəqədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Sevinc Süleymanova və 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev məktəbliləri salamlayaraq, yaradıcılıq festivalı haqqında geniş məlumat verdilər. Festivalın artıq səkkizinci il olaraq rayon ərazisində qeyd edildiyini və əvvəlki illərin laureatlarının sədalarının nəinki respublikamızda keçirilən, hətta beynəlxalq müsabiqələrdən gəldiyini vurğuladılar. Festivalın Əsasnaməsi ilə iştirakçıları tanış edərək  müsabiqənin
- ədəbi-bədii layihələr üzrə: bədii qiraət, müəllif şeiri, rəsm, rəqs,  musiqi, ifaçılıq (çalğı alətləri);
- elmi-texniki layihələr üzrə: aviamodel, raket modeli, gəmi modelçiliyi, radiotexnika və s. layihələr üzrə keçirildiyi haqqında iştirakçılara məlumat verildi.
İki gün ərzində rayonun 32 məktəbini əhatə edən seçim turlarında 168 nəfərdən çox şagird iştirak etmişdir.

Keçidlər