Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunan futbol turniri keçirildi

28 aprel 2018 | 11:00

28 aprel 2018-ci  il tarixində Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İdman Klubunun birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində yerləşən stadionda  “Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunan futbol turniri keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev giriş nitqi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq 2018-ci ilin  “Azərbaycan Xalq Cumhurriyyəti ili”  elan olunmasından, buna müvafiq olaraq Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının da bu məqsədlə  tədbirlər planında silsilə olaraq bir sıra tədbirlərin yer almasından söhbət açdı. 
Daha sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxış edərək futbol turnirində iştirak edən gənclərə uğurlar arzulayaraq qeyd etdi ki, Azərbaycan gənci öz şanlı tarixinə, keçmişinə bələd olmalı və hər zaman hər bir şəraitdə öz tarixinə sahib çıxmağı bacarmalıdır. Bunun üçün isə ilk növbədə fiziki və mənəvi olaraq sağlam gəncliyin yetişməsi mühüm amildir. Məhz buna görə də bu tipli tədbirlərin təşkili gənclərə həm vətənpərvərlik keyfiyyətlərinin aşılanmasında, həm də onların sağlam formalaşmasında mühüm rol oynayır.
Futbol turniri çərçivəsində 8 nəfərdən ibarət olmaqla 16 komanda birincilik uğrunda mübarizə aparmış, yekunda 1-ci, 2-ci və 3-cü yerlərə sahib olmuş  komandalar sertifikat və kuboklarla mükafatlandırılmışdır.

Keçidlər