Binəqədi gənclərinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası təşkil edildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 02 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə rayon gənclərinin ekskursiyası təşkil edilmişdir.
Ekskursiyada Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və gənclər iştirak etmişlər.
Muzeyin əməkdaşları tərəfindən ekskursiya zamanı ziyarətçilərə bildirildi ki, "Şöhrət" muzeyi ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır. Unikal məzmuna və nəfis tərtibata malik olan muzeyi, eləcə də ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış abidəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açmışdır.
Muzeydə dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələni əhatə edir: uşaqlıq və gənclik dövrü; dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr; Azərbaycana rəhbərlik etdiyi və SSRİ-nin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.
Ekspozisiya ilə tanışlıq zamanı gənclərin sualları cavablandırıldı. Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyuldu və qarşısında xatirə şəkilləri çəkdirildi.