Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının növbəti konfransı keçirildi

12 iyul 2013 | 10:00

11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının yeni inzibati binasında Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının növbədənkənar  VIII konfransı keçirildi. 
Konfrans Təşkilat məsələlərinə baxmış, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Nəbi Xəlilovun başqa işə keçməsi ilə əlaqədar onun istefa ərizəsini qəbul edib.
Təşkilata yeni sədr Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Cahandar oğlu Göyüşov seçildi.
Həmçinin, Rayon Təşkilatının Şura üzvlərinin tərkibində dəyişikliklər edildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultaydakı nitqindən irəli gələn vəzifələr, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının yeni binasının açılışında verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar təşkilatın qarşıda duran vəzifələri barədə ətraflı məruzə ilə çıxış etdi.
Konfransda  Yeni Azərbaycan Partiyasının  icra katibinin müavini, millət vəkili  Siyavuş Novruzov iştirak edirdi.

Keçidlər