Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Aztəminatlı ailələrdən olan yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul olunmasına dəstək məqsədi ilə kursların təşkili” adlı layihəyə start verildi

03 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi “Aztəminatlı ailələrdən olan yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul olunmasına dəstək məqsədi ilə kursların təşkili” adlı layihəyə start verilmişdir.
Layihənin əsas məqsədi aztəminatlı ailələrindən olan və xüsusi biliyi ilə fərqlənən 20 nəfər şagirdin ali və orta ixtisas məktəblərinə hazırlanması məqsədilə hazırlıq kurslarının təşkili və bu müddət ərzində onlara psixoloji yardımın göstərilməsindən ibarətdir.
4 ay ərzində icrası nəzərdə tutulan layihə çərçivəsində şagirdlər azərbaycan dili, tarix, riyaziyyat və ingilis dili fənnləri üzrə Binəqədi rayon Gənclər Evində hazırlıq kursları keçəcəklər. Sonda kursu bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbul nəticələri qiymətləndiriləcək və onlar sertifikatlarla təltif ediləcəklər.
Bununla əlaqədar olaraq, 03 may 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov və rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova şagirdlərlə görüşərək, onlara dərslərində uğurlar arzuladılar.

Keçidlər