Binəqədi Rayon İcra Hakimiyyətində növbəti Məlumat saatı keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətində 3 may 2018-ci il tarixdə Məlumat saatı keçirildi. Məlumat saatının mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2018-ci il tarixdən 3 may 2018-ci il tarixinədək keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, etdiyi səfərlər, imzaladığı Fərman və Sərəncamlar barədə olmuşdur. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin rəisi və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak etmişlər.
Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılmışdır.