Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon 100 №- li tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsində III yeri tutdu

05 may 2018 | 11:00

05 may 2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant  Niyaz Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, “Şahin” hərbi-idman oyununun komandanı Yaşar Abbasov, iştirakçı komandaların üzvləri iştirak ediblər.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun Binəqədi rayon mərhələsində I yeri qazanmış 100 №- li tam orta məktəbin komandası (komandanın tərkibi-14 nəfər; 5 oglan və 2 qız qlmaqla 8–ci sinif, 5 oglan və 2 qız olmaqla 10-cu sinif) oyunun Bakı şəhər mərhələsində III yerə layiq görülmüşdür. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
Bizdə öz adımızdan III yeri qazanması münasibətilə 100 №- li tam orta məktəbin rəhbərliyi və kollektivini, şagirdləri təbrik edir, gənc nəslin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində, o cümlədən hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması istiqamətində səmərəli fəaliyyətinə görə məktəbin ibtidai hərbi hazırlıq və fiziki tərbiyə müəllimlərinə təşəkkürümüzü bildiririk.

Keçidlər