Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir keçirildi

07 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrası istiqamətində Binəqədi rayon gənclərinin iştirakı ilə 07 may 2018-ci il tarixində Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində Şuşa şəhərinin işğalına həsr olunmuş tədbir keçirilmişdir.
Seminar-diskussiya formatında keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri iştirak etmişlər.
Əvvəlcə tələbələr qarşısında çıxış edən Elvin Aslanov və Fəsli Nəbiyev Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının ağır nəticələrindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən danışmışlar.
Çıxışlardan sonra Şuşa - virtual səyahət və "Qarabağ Atı" Animasiya filmləri nümayiş etdirilmişdir.

 

Keçidlər