Binəqədi rayonunda faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
8 may 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Böyük Vətən Müharibəsi, Əmək, Silahlı Qüvvələri və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Binəqədi rayon şöbəsi və Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli məktəbin birgə təşkilatçılığı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun xatirəsinə ucaldılmış abidə kompleksinin önündə faşizm üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Böyük Vətən Müharibəsi, Əmək, Silahlı Qüvvələri və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Binəqədi rayon şöbəsinin sədri Telman Hətəmov, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynovun ailə üzvləri və 83 nömrəli məktəb-liseyin müəllim heyəti və şagirdlər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər: Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Ləman Əliyeva, Böyük Vətən Müharibəsi, Əmək, Silahlı Qüvvələri və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Binəqədi rayon şöbəsinin sədri Telman Hətəmov, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun ailə üzvi Elmira Hüseynova əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, ikinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlərini vurğulayaraq, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışmışlar. Həmçinin tədbirdə iştirak edən 83 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmişdir.
Tədbirin sonunda abidə kompleksin önünə güllər qoyulmuşdur.