Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və dövlətçilik” adlı konfrans keçirildi

13 iyul 2013 | 10:00

12 iyul 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və dövlətçilik” adlı konfrans keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül qoyaraq öz ehtiramlarını bildirdilər.
     Daha sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətində elektron hökumətə keçidlə əlaqədar qurulmuş elektron xəritə, elektron kargüzarlıq sistemi, Sakinlərin Müraciəti Xidməti – 1646 və vətəndaşlara xidmət üçün yaradılmış digər texniki imkanlarla tanış oldular.
     Konfrans Ümummilli liderin 1969-1982-ci illərdə Azərbaycanın hər sahədə dirçəlişi uğrunda həyata keçirdiyi işlərə həsr olunmuş filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin sosial-iqtisadi, hərbi, təhsil sahəsində inkişafı üçün gördüyü işlərdən, həmçinin Azərbaycançılıq ideologiyasının əsasını qoymasından bəhs edərək, bu uğurlu siyasətin bu gün də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmirdən sonra böyük akt zalında ilk tədbirin məhz Ümummilli lider Heydər Əliyevə həsr olunduğu xüsusi vurğulandı.
     Daha sonra Millət vəkilli, Azərbaycanda Atatürk Mərkəzinin  müdiri Nizami Cəfərov, Millət vəkili, professor Musa Qasımlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Ümummilli lider Heydər Əliyevin 44 il əvvəl hakimiyyətə gəlişi ilə bugünkü müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu tarixi faktlara əsaslanaraq qeyd etdilər və bu uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevə hər sahədə dəstək verməyin bir zərurət olduğunu nəzərə çatdırdılar.
     Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin elan etdiyi “Heydər Əliyev irsini öyrənirik” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatdı.

Keçidlər