Binəqədi Rayon İcra Hakimiyyətində “Zəkası ilə Azərbaycanı işıqlı gələcəyə aparan düha” mövzusunda “Məlumat saatı” keçirildi.
10 may tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Zəkası ilə Azərbaycanı işıqlı gələcəyə aparan düha” mövzusunda “Məlumat saatı” keçirildi. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısnın müavini Vüsar İsmayılov, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, İctimai və humanitar sektorların rəhbərləri, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri və YAP fəalları iştirak etmişlər. Misir Mərdanov 1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində çalışıb. 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb. 1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəznində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur. 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini işləmişdir. 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olmuşdur. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. 2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. 2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentir. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir. 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir. 2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədridir. Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında professor Misir Mərdanov riyaziyyat ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq, dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından Misir Mərdanova təşəkkür etdi. Giriş sözü ilə çıxış edən müavin V.İsmayılov qeyd etdi ki, Azərbaycan xalqı böyük öndərinin əziz xatirəsini daim dərin ehtiramla yad edir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi həm ölkə daxilində, həm də respublika hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Xalqımız Ümummilli liderin xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır.
Daha sonra mühazirə ilə çıxış etmək üçün söz AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanova verildi. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş çıxış edən natiq bildirdi ki, Heydər Əliyev fitri istedada malik olmuş və Azərbaycanı məhz bu istedadı ilə böyük inkişafa aparmışdır. O, qeyd etmişdir ki, hələ Sovet hakimiyyəti dövründə Heydər Əliyev uzaqgörən siyasət apararaq gələcəkdə müstəqil olacaq Azərbaycan üçün yerli kadrlar hazırlayırdı. Azərbaycanlı gənclərin hər il xarici ölkələrə ali təhsil almağa göndərilməsi, böyük təzyiqləri dəf edərək Azərbaycanda hərbi liseyin yaradılması, yeni fabrik və zavodların açılaraq istifadəyə verilməsi bu sahədə atılmış ən ciddi addımlar idi. Bütün bunlarla yanaşı, Heydər Əliyevin öz vətəni Azərbaycandan əlavə, digər İttifaq xalqları üçün də xidmətləri olmuşdur. Məhz bu səbəbdən əbəs deyil ki, Ulu öndərin anım və doğum günləri keçmiş ittifaq ölkələrində də qeyd edilir, onun fəaliyyəti gənclərə nümunə kimi göstərilir.
Mühazirə bitdikdən bitdikdən sonra tədbir iştirakçıları mühazirə ətrafında öz fikirlərini bölüşdülər. Daha sonra Vüsar İsmayılov tədbirdə iştirak etdiyinə və səmimi mühazirəyə görə fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanova təşəkkür edərək tədbiri yekunlaşdırdı.