Binəqədi rayonunda Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş kitab sərgisi keçirildi
10.05.2018-ci il tarixində Binəqədi Rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər İdman İdarəsi və Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş kitab sərgisi keçirildi. Sərgidə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonu Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Biləndərli, Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filial müdirləri, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri, rayon gəncləri, ASAN könüllüləri iştirak etdilər. Tədbirdə çıxış edən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Rəna Biləndərli, Binəqədi rayonu Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Heydər Əliyevin böyük dövlət xadimi olduğunu, onun xalqımız üçün misilsiz xidmətlər göstərdiyini qeyd etdilər. Natiqlər bildirdilər ki, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı daxili çəkişmələrdən xilas etdi, yeni Azərbaycanın əsasını qoydu. Çıxışçılar Heydər Əliyevin xalqımızın əbədi milli sərvəti olduğunu bildirdilər .
Sonda Ümummili lider Heydər Əliyev, ölkə başçısı İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövrünü özündə əks etdirən kitab nümunələri rayon sakinlərinə və oxuyuculara nümayiş etdirildi.