Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 30 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

10 may 2018 | 11:00

10 may 2018-ci il tarixdə Binəqədi rayonu 30 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, məktəbin müəllim, şagird kollektivi və valideynlər iştirak etmişdir.
Tədbirdə məktəblilərin böyük xor kollektivinin ifasında dövlət himni səsləndirildi. Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətləri barədə məlumat verdi, onun çoxşaxəli fəaliyyətinin müstəqilliyimizin daha da möhkəmlənməsinə mühüm zəmin yaratdığını bildirmişdir.
Sonra çıxış edən məktəbin direktoru Rübabə Abdullayeva Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu Azərbaycan xalqına xidmət etdiyini və xalqımızın rifahı üçün çalışdığını diqqətə çatdırdı.
Tədbir boyunca məktəblilərin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir nümunələri, vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunmuşdur.

Keçidlər