Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə 11 may 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəblilər və məktəb nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Elvin Aslanov və Şəmsi Gülverdiyev şagirdlər qarşısında çıxış edərək, onları müsabiqələrdə qazandıqları nailiyyətlərə görə təbrik etmiş, təhsildə uğurlar arzulamışlar. Ümummilli lider Heydər Əliyevin “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır” fikrini xatırlayan çıxışçılar, məktəblilərə dərslərini əla oxumağı, Ulu öndərin azərbaycançılıq məfkurəsini dərindən mənimsəməyi tövsiyə etdilər.
Sonra rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş müsabiqələrin iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim edilmişdir.