Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub

14 may 2018 | 11:00

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub.
Olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla ümumilikdə  276 nəfər qalib elan olunmuşdur. Binəqədi rayon orta ümumtəhsil məktəblərindən 5 nəfər şagird qaliblər sırasında yer tutmuşlar. Belə ki, Tarix fənni üzrə 182 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elbar Allahverdiyev I yerə, 313 nömrəli tam orta məktəbin X sinif şagirdi Əfrəddin Mustafayev III yerə, Coğrafiya fənni üzrə 299 nömrəli məktəb-liseyin XI sinif şagirdi Zakir Umudov və 115 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lamiyə Mahmudli II yerə, Kimya fənni üzrə 267 nömrəli məktəb-liseyin IX sinif şagirdi Nərminə Feyziyeva III yerə, Azərbaycan-dili fənni üzrə 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülşən Cəfərova III yerə layiq görülmüşlər.
Bilik yarışında 33 mindən çox şagird iştirak etmişdir.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilmişdir.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Uğur qazanmış şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edirik!

Keçidlər