Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 138 saylı körpələr evi- uşaq bağçasında məktəbə hazırlıq üzrə yekun məşğələ keçirildi

16 may 2018 | 11:00

16.05.2018-ci il tarixində Binəqədi rayonu 138 saylı körpələr evi- uşaq bağçasında məktəbə hazırlıq üzrə yekun məşğələsi keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, 138 saylı körpələr evi- uşaq bağçasın müdiri Sehranə Qasımova, 283 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Rəfiqə Əliyeva iştirak etdilər.
Çıxış edən 138 saylı körpələr evi- uşaq bağçasın müdiri Sehranə Qasımova bu gün uşaqlara göstərilən yüksək diqqətin, gələcəkdə oz müsbət əksini göstərəcəyinin əminliyindən danışdı. Çıxış üçün söz verilən 283 nömrəli orta məktəbin  ibtidai sinif müəlliməsi Rəfiqə Əliyeva körpələrin milli mənəvi dəyərlərə, öz soy kökünə bağlı tərbiyyə olunmasının önəmindən bəhs etdi. Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs etdi, Azərbaycanda uşaqların məktəbə hazırlanmasında uşaq bağçalarının böyük önəm kəsb etdiyindən danışdı. Natiq bu tipli məşğələlərin uşaqların inkişafında müstəsna rola malik olduğunu qeyd etdi.
Yekun məşğələ zamanı uşaqlara bu il ərzində keçirilmiş riyaziyyat, ətraf mühit ilə tanışlıq, nitq inkişafı, savat təlimini özündə əks etdirən suallar verilmişdir. Açıq dərs formatında keçirilmiş məşğələdə qonaqlar və valideyinlərə məktəbə hazırlıq qrupunun bilik səviyyəsi nümayiş etdirildi.

Keçidlər