Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi şahmatçısı İsmayıl Süleymanlı şahmat üzrə məktəblilərin dünya çempionatında bürünc medal qazandı

14 may 2018 | 11:00

20-29 aprel 2018-ci il tarixində Albaniya Respublikasının Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilib. Binəqədi rayonu 299 №-li məktəb-liseyin 3c sinif şagirdi İsmayıl Rövşən oğlu Süleymanlı çempionatda bürünc medal qazanıb.
Qeyd edək ki, mayın 14-də təhsil naziri Ceyhun Bayramov şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb. Nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini ifadə edib. Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.

Keçidlər