Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Xəmsə” Milli İntellektual Oyunu keçirildi

15 may 2018 | 11:00

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli və “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamlarının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14-15 may 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Cümhuriyyət kuboku-100” adlı “Xəmsə” Milli İntellektual Oyununun seçim mərhələsi keçirilmişdir.
Əvvəlcə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova oyunda iştirak edən komandaları salamlayaraq onlara uğurlar arzulamışdır. Sonra aparıcı Elmidar Süleymansoy komandaları oyunun qaydaları ilə tanış etmiş və yarışmaya start verilmişdir.
Oyunun nəticəsinə görə 83, 299 №-li məktəb-lisey, 115, 205, 298, 313 və 314 №-li məktəblərin komandaları yarımfınalda iştirak hüququ qazanmışdır.
“Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri 28 May - “Respublika günü”, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində keçiriləcəkdir.

Keçidlər