Şriftin ölçüsü :

Saytın rəngi :

7-ci mikrorayonda səyyar görüş keçirildi

20 iyul 2013 | 10:00

2013-cü il iyulun 19-da 7-ci mikrorayon, 126 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun 7-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 138 nəfər mikrorayon sakini iştirak edirdi.
    Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə, həmçinin 3 iyul 2013-cü il tarixdə Prezident İlham Əliyevin Binəqədi rayonuna etdiyi səfər təəssüratlarından danışaraq ətraflı məlumat verdi.
     Mikrorayon sakinlərindən  Tamilla  Mehrəliyeva, Zərifə Məmmədova,  Allahverdi Isayev, Ağakərim Əfəndiyev, Səməd Qurbanov, Zakir Qalayev və başqaları çıxış edərək mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq konkret tapşırıqlar verdi.

Keçidlər