Binəqədi rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
22 may 2018-ci il tarixində 100 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, məktəbin müəllim kollektivi və şagird heyəti həmçinin valideynlər iştirak etmişdir.
Əvvəlcə məktəbin həyətində şagirdlər hazırladıqları flaşmobda rəngli taxtalar üzərində əks olunmuş hərif və rəqəmləri birləşdirərək “CUMHURİYYƏT-100” və Azərbaycan Respublikası Dövlət bayrağının təsvirini yaratmışlar.
Daha sonra məktəbin foyesində şagirdlərinin əl işlərindən ibarət "Cumhuriyyət 100" adlı rəsm sərgisinə baxış keçirildi.
Tədbirdə aparıcı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verildi, məktəbin şagirdləırinin ifasında mahnı və şeirlərdən ibarət kompozisiyalar səsləndirildi. Kompozisiyalarda Cümhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə münasibət şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını, eyni zamanda dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu bildirdi. A.Əliyeva AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulamışdır. Sonda A.Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirmişdir.