Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Yaşa Azərbaycan" adlı tədbir keçirildi

25 may 2018 | 11:00

Mayın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Yaşa Azərbaycan" adlı tədbiri keçirilib.
Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin direktoru Hacı Əliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi qəsəbəsi üzrə sədri Ağabala Musayev, Binəqədi rayonu Qəsəbə Nümayəndəsi Zakir Əliyev iştirak edib.
lk öncə tədbirdə Ümummilli Lider Heydər Əliyevin sözləri və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov çıxış edərək, qonaqları salamlayıb və bayram münasibətilə təbrik edib.
Tədbirdə Şəhanə Rzayevanın ifasında "Yaşa Azərbaycan", Elşad Hüseynovun qarmonda ifası, Ruslan Zülfüqarovun ifasında "Sən Ey uşaqlıq", "Yanardağ" nağara ritm qrupunun ifasında "Yallı", Rüfət Əsədovun ifasında "Sevdiyini söylə" və sonda Tural Mehrinin ifasında "Ey Əziz Anam Azərbaycan" musiqiləri səsləndirilib.
Mədəniyyət Evinin rəqs dərnəyi üzvlərinin ifasında "Şənlik", "Qaşı, gözü qara qız", "Qali - milali" Hind rəqsi, "Sən Rəqs", "Nəlbəki", "Şalaxo", "Gülşən Azərbaycan" rəqsləri nümayiş olunub.
Tədbir zamanı Mədəniyyət Evinin Poeziya dərnəyinin rəhbəri Həsən Həsənovun ifasında "Azərbaycan" şeiri alqışlarla qarşılanıb.
Sonda Binəqədi Mərkəzi Mədəniyyət Evinin kollektivi fəxri fərmanla təltif olunublar.

Keçidlər