Binəqədi rayonunda növbəti səyyar görüş keçirildi
24 may 2018-ci ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 100 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən, birinci müavin İlqar Süleymanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən məsələləri rayon rəhbərliyinin qarşısında qaldırdılar. İcra Hakimiyyətinin başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən İlqar Süleymanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.