Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Cümhuriyyət kuboku-100” adlı “Xəmsə” Milli İntellektual Oyununun finalı keçirildi

24 may 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 may 2018-ci il tarixində “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində rayon orta ümumtəhsil məktəbləri arasında “Cümhuriyyət kuboku-100” adlı “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri keçirilmişdir.
Rayonun 83, 299 №-li məktəb-lisey, 115, 205, 298, 313 və 314 №-li məktəblərinin komandalarının mübarizə apardığı oyunun nəticəsinə görə 314 №-li tam orta məktəbin komandası I, 299 №-li məktəb-liseyin komandası II, 83 №-li məktəb-liseyin komandası III yerə layiq görülmüşdür.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxış edərək, məktəbliləri təbrik etdilər. Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, fəaliyyəti, Azərbaycanın beynəlxalq arenada tanıdılması istiqamətində görülən işləri dərindən öyrənmək və Cümhuriyyətimizi bizə miras qoyan tarixi şəxsiyyətləri hər zaman böyük minnətdarlıq hissi ilə yad etmək gənclərə tövsiyə edildi.
Sonra qaliblər İdarə tərəfindən diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif edildilər.

Keçidlər