Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər Binəqədi rayonunda uğurla davam etdirilir

25 may 2018 | 11:00

25.05.2018 ci il tarixində Binəqədi rayonu 7–ci mikrorayonda yerləşən 158 saylı körpələr evi- uşaq bağçasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təlimatçısı Anar Əliyev, 158 saylı körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova iştirak etmişdir. Çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə baxmayaraq tariximizdə bir çox böyük izlər qoyduğunu dedi. Natiq bildirdi ki, bu gün müstəqil Azərbaycanın prezidenti cənab İlham Əliyev öz sələflik missiasını ləyaqətlə yerinə yetirərək ölkəmizi Cümhuriyyət dövrünün şəxsiyyətlərinin görmək istədiyi kimi bir dövlətə çevirib. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev 90-ci illərdə müstəqilliyin yenidən qazanılmasına baxmayaraq, o dövrdə hakimiyyətdə olan AXCP müsavat birliyinin bu müstəqilliyi qoruyub saxlaya bilmədiyini bildirdi. Natiq Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan müstəqilliyininin təhlükədən qorunması ilə bərabər inkişaf dövrünün başlanıldığını dedi. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təlimatçısı Anar Əliyev bu gün uşaqların, gənc nəsilin milli vətənpərvərlik ruhunda böyüdüyünü,onların Cümhuriyyət qurucularının xəyal etdiyi və arzuladığı kimi güclü bir dövlətdə yaşadıqlarını qeyd etdi.Çıxış edən 158 saylı körpələr evi- uşaq bağçasının müdiri Rəfiyyə Əsədova Azərbaycanın güclü dövlətçilik ənənələrinə malik olduğunu, müstəqilliyimizin əbədi və sarsılmaz olacağına əmin olduğunu dedi.
Tədbir 158 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında müxtəlif rəqs və tamaşa nümunələri ilə davam etdirildi.

Keçidlər