Binəqədi rayonunda “Anadolu Aydınlar Ocağı”nın baş katibi professor İbrahim Öztək ilə görüş keçirildi
26 may tarixdə Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsində “Anadolu Aydınlar Ocağı”nın baş katibi professor İbrahim Öztək ilə görüş keçirilmişdir. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, İrəvan Dram Teatrının direktoru İftixar Piriyev, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İcra Hakimiyyəti və YAP Binəqədi RT-nın Aparat üzvləri, rayon gəncləri və ASAN könüllüləri görüşdə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva qonağı salamladı və qardaş Türkiyədən gələn qonaqla görüşün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilməsinin xoş təsadüf olduğunu qeyd etdi. Növbəti çıxış üçün söz “Anadolu Aydınlar Ocağı”nın baş katibi professor İbrahim Öztəkə verildi. Təqdimat çıxışına başlamazdən əvvəl qonaq görüşdə iştirak edən rəsmilərə rəhbərlik etdiyi təşkilatın hədiyyələrini təqdim etdi. Daha sonra İ.Öztək video təqdimatla çıxış edərək Azərbaycan-Tükriyə əlaqələrindən bəhs edən “Dev Kardeşlik və Candaşlık proje”sini təqdim etdi. Təqdimatda Azərbayan və Türkiyənin tarixi və mədəni əlaqələri, eləcə də, bir kükdən gəlmələri barədə ətraflı məlumat verildi.
Gənclər və İdman İdarəsinin rəisi E.Aslanov çıxış edərək, iki qardaş Dövlətlər haqqında geniş məlumat verdiyi üçün professot İ.Öztəkə təşəkkür etdi. Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.