Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi

30 may 2018 | 11:00

30.05.2018-ci il tarixində Binəqədi rayonu, 8 mikrorayon ərazisində yerləşən 177 saylı körpələr evi – uşaq bağçasında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, 177 saylı körpələr evi – uşaq bağçasının müdiri Pəri Rəhimova iştirak etdi.
Çıxış edən 177 saylı körpələr evi – uşaq bağçasının müdiri Pəri Rəhimova uşaqlara göstərilən diqqət və qayğının gələcəkdə öz müsbət bəhrəsini verdiyini qeyd etdi. Natiq bildirdi ki, bu bütün körpələri, Azərbaycanı əmanət edəcəyimiz sabahlardır.
Daha sonra çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə olduqca böyük önəm verildiyini qeyd etdi. Kənan Kərimov Ümummili lider Heydər Əliyevin uşaqların qorunması ilə bağlı atdığı addımların  bu gün də ölkə başçısı cənab İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  uğurla həyata keçirildiyini qeyd etdi.

Keçidlər