Binəqədi rayonunda növbəti məlumat saatı keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətində 31 may 2018-ci il tarixdə Məlumat saatı keçirildi. Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 may 2018-ci il tarixdən 31 may 2018-ci il tarixinədək keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, etdiyi səfərlər, imzaladığı Fərman və Sərəncamlar barədə məlumat vermişdir. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak etmişlər.
Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılmışdır.