Rayon İcra Hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, birinci müavinin 8-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi
2018-ci il may ayının 31-də, 8-ci mikrorayon, 3 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, birinci müavin İlqar Süleymanovun 8-ci mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısının vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən, birinci müavin İlqar Süleymanov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.