Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində təlim keçirildi

31 may 2018 | 11:00

Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 31 may 2018-ci il tarixində “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində rayon ərazisində yaşayan və çalışan köçkün ailələrdən olan xanımlar üçün təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan  Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova layihə iştirakçılarını və qonaqları salamlayaraq, layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verdi və qadınların cəmiyyətdə rastlaşdıqları zorakılıqların qarçısının alınmasında bu kimi maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova doğma ata-baba ocaqlarından köçkün düşmüş insanların, xüsusilə qadınların hüquqlarının erməni qəsbkarları tərəfindən vəhşicəsinə pozulmasından və eyni zamanda komissiyanın fəaliyyəti zamanı qarşılaşdığı hallardan və onların həlli yollarından söhbət açdı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığı ilə mübarizə sahəsində mövcud olan qanunvericilik aktları, zorakılıqla mübarizənin hüquqi, sosial və psixioloji  əsasları, eləcə də məişət zorakılığı ilə bağlı mövcud problemlər və onların həlli, aradan qaldırılması və qarşısının alınması istiqamətlərində Komitədə görülmüş işlər barəsində ətraflı məlumat vermiş və xanımların suallarını cavablandırmışdır.
Daha sonra çıxış edən layihənin koordinatoru, “Qadınlar Bələdiyyənin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının   Azərbaycandakı nümayəndəliyi ilə davamlı, qarşılıqlı faydalı əməkdaşlığını qeyd etmiş və məcburi köçkünlərin hüquqlarının milli qanunvericiliklə və beynəlxalq himayə standartlarına uyğun surətdə qorunmasını təmin etmək məqsədilə görülən işlərdən söhbət açmışdır.
Tədbirdə iştirakçıları narahat edən problemlər səsləndirilmiş və onlara hüquqi məsləhətlər verilmişdir.

Keçidlər