Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 1 İyun “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirildi

01 iyun 2018 | 11:00

01.06.2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası  Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər İdman İdarəsi və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun  “ Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Süleymanov, AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, AZLİNE Tədris Mərkəzində kurs keçən uşaqlar, Binəqədi rayon sakinləri, Yetkinlik   yaşına   çatmayanların işləri   və     hüquqlarının müdafiəsi     üzrə komissiyada qeydiyyatda olan uşaqlar, Binəqədi rayonunda yaşayan şəhid ailələri, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar və sair iştirak etmişdir.
Çıxış edən AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev uşaqların ölkəmizin gələcəyi olduğunu və görülən bütün işlərin mərkəzində bu düşüncənin dayandığını dedi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs etdi.Natiq son illərdə ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uşaqlarla bağlı  bütün sosial layihələrin mərkəzində uşaqların sağlam ətraf mühitdə yaşaması prinsipinin dayandığını dedi.
Tədbir AZLİNE Tədris Mərkəzində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompazisiyalar ilə davam etdirildi.

Keçidlər