Binəqədi rayonunda Azərbaycan xalqının milli qurtuluş gününə həsr edilmiş “Azərbaycan Səninlədir, Sənsiz deyil ” adlı VIII yaradıcılıq festivalı keçirildi
12 iyun tarixində Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkilləri Eldar İbrahimov, Kamaləddin Qafarov, Madər Musayev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, BRİH başçısının müavinləri, BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və digər qonaqlar iştirak ediblər.
Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirildi və festival “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin bədii hissəsindən sonra çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevə verildi. İntiqam Babayev Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişmişdiyini bildirdi. Natiq bugünkü Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırladığını qeyd etdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Elxan Allahverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd etdi. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu dedi.