Binəqədi rayonunda Ramazan ayı münasibətilə növbəti yardım aksiyası keçirildi
13 iyun 2018 | 11:00
İslam dininin ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.
Ramazan ayı ilə bağlı Binəqədi Rayonu İcra Hakimiyyəti tərəfindən növbəti yardım aksiyası keçirilmişdir. Aksiya çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən İctimai Birliklərin üzvləri olan Qarabağ, 20 yanvar, Böyük Vətən Müharibəsi, Əfqanıstan müharibəsi, Çernobıl əlilləri, müharibə veteranları, şəhid ailələrinə bayram sovqatları paylanılmışdır. İctimai Birliklərin üzvləri Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdirlər.