Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Azay Quliyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi RİH başçısı Aparatının əməkdaşları, Rayon Bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, din xadimləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və fəal gənclər iştirak etmişdirlər.İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanmışdır.İlk çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev milli mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: “Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. Bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir”.Builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir. Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Sonra Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edib, ən səmimi arzu və diləklərini çatdırdı.Mərasimdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsin sədr müavini Fuad Nurullayev çıxış edərək “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə qonaqlara minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək bildirdi ki, SSRİ dövründə Azərbaycanda dini inanclar qısıqlanırdı, həmin dövrdə 17 məscid fəaliyyət göstərirdi. Bu gün isə ölkəmizdə cənab İlham Əliyevin rəhbərliyi ilə islam dininə, eləcə də digər dinlərə ən ali dəyər verilməkdədir.Mərasimdə on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.