Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

14 iyun 2018 | 11:00

2018-ci il iyun  ayının  14-də,  Xocəsən bələdiyyəsinin  akt zalında   Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən sakinləri ilə səyyar qəbulu keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri,  xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.
Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər