Şriftin ölçüsü :

Saytın rəngi :

23 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

23 fevral 2023 | 12:38

23 fevral 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Xocəsən yeni yaşayış massivi ilə Hökməli qəsəbəsi arasında yerləşən yaşayış sahəsinin su təchizatı ilə təmin edilməsi, Xocəsən qəsəbəsində, Şəhidlər bulağından sağ tərəfdə 150 metr küçənin, Abşeron küçəsinin və Şəhid Səmədov Nicat və Sərkərdələr (Şəhid Niyət Şirəliyev küçəsi) küçələrinin sona qədər asfaltlanması, 103 saylı köhnə məktəb binasında Gənclər mərkəzinin yaradılması, 155 saylı avtobus xəttinin Yeni Sulutəpə qəbiristanlığına qədər uzadılması və eyni zamanda 157 saylı sərnişin avtobus xəttinin Xocəsən Sağlamlıq mərkəzindən Xocəsən qəbiristanlığına qədər yenidən bərpa edilməsi, 328 saylı uşaq bağçasının qarşısında təmizlik işlərinin aparılması, Xocəsən qəsəbəsində yerləşən poçtun ətrafında təmizlik işləri aparılması və kanalın təmizlənməsi, qəsəbə ərazisində sahibsiz itlərin sayının artması və bununla əlaqədar tədbir görülməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər