Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

24 iyul 2024 | 14:49

23 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə sədri, bələdiyyənin əməkdaşları, nümayəndə, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. 

Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər. Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Yuxarı Sulutəpə və Aprel Zəfəri küçəsinin 200 metr hissəsinə asfalt örtüyünün çəkilməsi, Yuxarı Sulutəpə qəsəbəsində suyun təzyiqinin aşağı olması, Xocəsən metro stansiyasının qarşısında Bakı-Lökbatan istiqamətində avtobus dayanacağının quraşdırılması, Aprel Zəfəri küçəsində “Spar marketin qarşısı” AZƏRİŞIQ ASC tərəfindən işıq xəttinin çəkilməsi ilə əlaqədar sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Şəhid Daşdəmirov Sahib Natiq oğlunun adına tikilmiş bulağın ətrafının və şəhidin yaşadığı küçənin asfaltlanması, həmin küçədə məişət tullantıları meydançasının yaradılması, Xocəsən qəsəbəsində yerləşən Şəhidlərin abidə kompleksində rəngi getmiş hərflərin bərpası, qəsəbə ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının yenilənməsi, Ruslan Allahverdiyev küçəsində su xəttinin tez-tez qəzalı vəziyyətdə olması, Çingizxan küçəsində yerləşən poçtun yaxınlığıdakı qapalı vəziyyətə gətirilmiş kanalın tez-tez tutulması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər