Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyul 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

24 iyul 2026 | 18:01

23 iyul 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Anadolu küçəsi, döngə 3 ünvanında 910 m2 hissədə asfalt örtüyünün bərpası, qəsəbə ərazisində əlavə məktəbəqədər təhsil müəssisəsinin inşası, Aprel Zəfəri küçəsi, döngə 3 ünvanında içməli suyun küçəyə axması, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının ətrafında sahibsiz heyvanların ərazidən yığışdırılması, Sənan Zamanov küçəsində küçə işıqlarının bərpası, Şamaxı küçəsində qəzalı vəziyyətdə olan ağac barədə tədbir görülməsi və Sulutəpə parkına urnaların yerləşdirilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər