Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində "23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçirildi.

23 iyun 2022 | 17:01

23 iyun 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində "23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının dövlət qulluqçuları, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.

İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov bildirdi ki, bu gün sürətlə inkişaf edən respublikamızın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır və Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-“Dövlət Qulluqçularının Peşə Bayramı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçularının sosial problemlərinin həll edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Leysan Məmmədov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara öz çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək qeyd etdi ki, respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatların aparılmasında məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Təbii ki, dövlət qulluğu sistemində aparılan islahatlarında əsasını bu məqsəd təşkil edir, biz də dövlət qulluqçuları olaraq dövlət siyasətinin həyata kerilməsi üçün əlimizdən gələn fəaliyyətimizi ən yüksək səviyyədə davam etdirməliyik və xalqın xidmətində olmaq hər bir dövlət qulluqçusu üçün şərəfdir. Bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edən natiq onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladı.

Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundular. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər