Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində "23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı" münasibəti ilə tədbir keçirildi

24 iyun 2023 | 12:03

23 iyun 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında "23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı" münasibəti ilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının dövlət qulluqçuları, RİH başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.

İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri- Hacıbaba Babayev və Sevinc Süleymanova bildirdilər ki, bu gün sürətlə inkişaf edən respublikamızın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır və Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçularının sosial problemlərinin həll edilməsi  dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edən natiqlər onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladılar.

Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundular. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər