Şriftin ölçüsü :

Saytın rəngi :

23 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

24 noyabr 2023 | 12:56

23 noyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatınn sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 6-cı mikrorayon A.Məmmədov küçəsi 143 ünvanında binanın girişlərin dezinfeksiya olunması, 6-cı mikrorayon A.Məmmədov küçəsi 137 ünvanında binada istilik təchizatının yaxşılaşdırılması, 6-cı mikrorayon Ü.Hacıbəyov küçəsi 4/b ünvanında zirzəminin su ilə dolması, 6-cı mikrorayon Ə.Əlixanov küçəsi 89 ünvanında gəmiricilərə qarşı tədbir görülməsi və həmin ünvanda ağaclara aqrotexniki qulluq göstərilməsi, 26 saylı marşrut xəttində işləyən avtobusların yenisi ilə əvəz olunması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər