23 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
23 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin R.Behbudov küçəsi 1b saylı ünvanda binanın I girişinin yanında kanalizasiya lyukunun qapağının olmaması, Ş.Məmmədova küçəsi 207 saylı ünvanda binanın zirzəmisindən çirkab suyun çəkilməsi və dezinfeksiya olunması, Ü.Hacıbəyov küçəsi 4 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi və S.Məmmədova küçəsi 205 saylı ünvanda yerləşən istirahət parkında işıqların yanmaması, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ünvanda zirzəmidən çirkab suyun çəkilməsi və dezinfeksiya olunması, H.Babaşov küçəsi 15 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi və binanın girişlərinin, zirzəmisinin dezinfeksiya olunması, M.Cəlal küçəsi 137 saylı ünvanda sahibsiz heyvanların ərazidən yığışdırılması, M.Cəlal küçəsi 27 saylı ünvanda binanın qarşısında kanalizasiya lyuklarının təmir edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.









