23 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
23 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Biləcəri qəsəbəsi Ərdəbil küçəsində yarımçıq qalmış asfaltlanma işlərinin tamamlanması, Biləcəri qəsəbəsi Amin Qəfərli,10 May və Qarabağ küçələrinin kəsişməsində işıqforun quraşdırılması, Biləcəri qəsəbəsi Nurlan Həsənov küçəsi və 10-cu döngədə dayanacaqların quraşdırılması, Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində kanalizasiya xəttinin yuyulması, 12-ci Biləcəri küçəsinin asfaltlanması, Biləcəri qəsəbəsi Natiq Həşimi 33 saylı binanın qarşısında söbətgahın təmir edilməsi, Biləcəri qəsəbəsi 10 May küçəsində quraşdırılmış piyada işıqforun təmir olunması, Biləcəri qəsəbəsi 5057/68 məhəllədə ağacların budanması, 202 saylı marşrutun Yeni Yaşayış massivinə qədər uzadılması, Biləcəri qəsəbəsi 10 May küçəsində iri mağazaların birində Kapital bank və ya ABB bankomatının yerləşdirilməsi, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 27/A binanın qarşısında çökmüş asfalt örtüyünün bərpa olması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.