Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində tədbir keçirildi

25 iyun 2018 | 11:00

Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixdə YAP Binəqədi Rayon təşkilatının konfrans zalında “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində rayon ərazisində məcburi köçkün olan zorakılıq qurbanlarına lazımi hüquqi, sosial və psixoloji dəstəyin göstərilməsi üzrə yerli qurumlararası əlaqələndirmənin təşkili məqsədi ilə aidiyyəti dövlət orqanları və təşkilatların nümayəndələrindən ibarət şəbəkə yaradılmış və onlar üçün təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. Qadınların cəmiyyətdə rastlaşdıqları zorakılıqların qarşısının alınmasında və onlara operativ şəkildə yardım göstərilməsində bu kimi şəbəkələrin yaradılmasının mühüm rol oynadığını vurğuladı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılığı ilə mübarizə sahəsində mövcud olan qanunvericilik aktları, zorakılıqla mübarizənin hüquqi, sosial və psixioloji əsasları, eləcə də məişət zorakılığı ilə bağlı mövcud problemlər və onların həlli, aradan qaldırılması və qarşısının alınması istiqamətlərində Komitədə görülmüş işlər barəsində ətraflı məlumat verdi. Həmçinin natiq şəbəkənin yaradılmasının məqsədi, şəbəkə üzvlərinin məişət zorakılığından əziyyət çəkən qadınlara nə kimi köməklik edə biləcəklərini və onların üzərlərinə düşən vəzifələri qeyd etdi.
Tədbirin yekununda şəbəkə üzvlərinin sualları cavablandırıldı və təlim diskussiya şəkilində davam etdirildi.

Keçidlər