Binəqədi rayonu, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tədbir keçirildi
29.06.2018-ci il tarixində Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayonu İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər İdman İdarəsi və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa, ABC Tədris və İnkişaf mərkəzinin direktoru Leyla Həsənova, Güzgü Dəyişim və İnkişaf Mərkəzinin direktoru Fərqanə Mahmudqızı, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qeydiyyatda olan uşaqlar, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvləri, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində fəaliyyət keçən yeniyetmələr, ASAN Könüllülər, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar və rayon sakinləri iştirak edib.
Çıxış edən Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin direktoru Dilşad Musa, xalqımızın övlada, uşağa olan məhəbbətinin misilsiz olduğunu qeyd edib. Natiq milli dəyərlərimizdə övlad, uşaq anlayışının müqəddəs dəyər olduğunu vurğulayıb.
Çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov Ümummili lider Heydər Əliyevin “Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə, hamı uşaqlara xüsusi qayğı və xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edirik” sözlərini sitat gətirərək uşağa qayğı göstərməyin, uşaqları qorumağın, uşaqları müdafiə etməyin bizim müqəddəs borcumuz olduğunu bildirib.
Tədbir Dəcəl Balam Ailə və Uşaq , ABC Tədris və İnkişaf, Güzgü Dəyişim və İnkişaf mərkəzlərində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompazisiyalar və tanınmış müğənnilərin ifasında müsiqili şou proqramla davam etdirildib.
Tədbirin sonunda talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün yardım aksiyası keçirilib.