Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olundu

02 iyul 2018 | 11:00

İyulun 2-də Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Binəqədi rayonunda polis işçilərinin  peşə bayramı qeyd edilmişdir.
Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Binəqədi rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi rayon prokuroru Nazim İmanov, DTX Binəqədi rayon İdarəsinin rəisi Polad Abdullayev, RİH Başçısı Aparatının məsul işçiləri və Polis İdarəsinin şəxsi heyəti iştirak etmişdirlər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq qonaqları təqdim etmişdir.
Daha sonra Azərbaycan Polisi Gününün yaranması tarixindən və bu gün bu sahədə əldə edilən uğurlardan danışmışdır. Azərbaycan Polisinin yaranmasının 100 illiyi və 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək, daxili işlər orqanlarının əməkdaşlarına xidmətdə uğurlar arzulamışdır.
Daha sonra Daxili İşlər naziri Ramil Usubovun təbrik teleqramını oxumaq üçün söz Təşkilati inspektor qrupunun baş inspektoru polis polkovnik leytenantı Qafar Haqverdiyevə verilmişdir.
Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov Rayon İcra Hakimiyyəti adından şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik etmiş, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulamışdır. Natiq çıxışında bildirib ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır.  Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğulamışdır.
Sonra xidməti vəzifəsində fərqlənmiş 16 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilmişdir.
Tədbiri yekun nitqi ilə yekunlaşdıran  Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqəti xüsusi məmnunluqla ifadə etmiş və bu peşə sahiblərinə daim bu diqqəti dəyərləndirməyi tövsiyə etmişdir.
Natiq çıxışının yekununda Binəqədi Rayon İcra Hakimiyyətinə şəxsi heyət adından öz təşəkkürünü bildirmişdir.

Keçidlər