Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi

12 iyul 2018 | 11:00

12  iyul 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayonunda fəaliyyət göstərən İctimai- Birliklərinin rəhbərləri, YAP Gənclər Birliyinin fəal üzvləri, hərbi xidmətə yola salınan gənclər, onların valideynləri və məktəblilər iştirak etdilər.
Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət himi ilə tədbir açıq elan edildi.
Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon idarəsinin rəisi Novruz Rəhimov, “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri, hərbi xidmətə yola düşən çağırışçı və onun valideyni vətən anlayışının  hamını əhatə etdiyi fikrini səsləndirdilər. Natiqlər Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlının bu torpağın düşmən çəpəri, sərhədinin keşiyində duran şanlı əsgər olduğunu, bununla yanaşı vətənpərvərlik anlayışının  həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq olduğunu ifadə etdilər.
Çıxışçılar Aprel ayının tariximizə qələbə ayı kimi həkk olunduğunu,ordumuzun qəhrəman əsgərləri düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq, xalqımıza zəfərin elə də uzaq olmadığını göstərdiyini bildirdilər .
Tədbir hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə davam etdi.
Sonda gənc çağırışçılar Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salındılar.

Keçidlər